Limon sousulu Dana Can əti 4 nəfərlik

   
Limon sousulu  Dana Can əti  4 nəfərlik

Tərkibi:

4 ədəd AzProtein dana Can Əti
2 ədəd limon (qabıqları rəndələnmiş, suyu sıxılmış) 
5 x. q. cəfəri (incə doğranmış) 
80 ml ​​zeytun yağı 
2 x. q. kərə yağı 
Zövqə görə duz, istiot

Hazırlanması:

• Limon suyu, limon qabığı, 2 x. q.   cəfəri və 60 ml zeytun yağını yaxşıca qarışdırın. Ətlərin üzərinə gəzdirib yaxşıca qarışdırın. Üzərini  örtüb, ən az 1 saat gözləyin. • Qalan zeytun yağının isidib . Ətləri marinattan süzərək çıxarıb, tavaya qoyun və yüksək  atəşdə, hər iki üzləri yaxşıca qızarana qədər, təxminən 3 dəq. bişirin. Bir qaba alıb, üzərini bağlayaraq isti tutun. • ətləri qalan marinata kərə yağını əlavə edib, qaynama nöqtəsinə qədər qızdırın. Duz, qara bibər və qalan cəfərini qatıb, qarışdırın. Ətləri əlavə edin və orta atəşdə hər iki tərəfini 2  dəq. daha bişirin. • Ətlərin üzərinə tavadaki sosdan gəzdirərək süfrəyə verin.