Pomidor Tava

   
Pomidor Tava

4 nəfərlik 

Tərkibi:

400 qr AzProtein Quşbaşı doğranmış ət tikələri 
6 ədəd pomidor (qabıqları soyulmuş, doğranmış)
2 x. q.  kərə yağı
2 ədəd soğan (iri doğranmış)
2 ədəd yaşıl bibər (xırda doğranmış)
1 ədəd badımcan (soyulmuş , doğranmış)
1 x. q. qırmızı bibər tomatı
3 x. q.  su
1 ç. q.  qırmızı istiot
Zövqə görə duz,  istiot  

Hazırlanması: 

 • Kərə yağını isidib, ətləri əlavə edin.. Ətlər yüngül qızarana qədər, təxminən 3-5 dəq. • qarışdırmağa davam edərək soğanları əlavə edin. biraz duz səpin və 3-4 dəq. qızardın. Qısıq atəşdə qarışdırmağa ara vermədən yaşıl bibər və badımcanları əlavə edib, 3-4 dəq. bişirin. 

• Bibər püresi suda yüngülcə qarışdıraraq həll edin. • Ətlə badımcana sulu tomat və pomidorları əlavə edin.Qırmizi istiot, duz və qara istiot  səpib, yüngülcə qarışdırın. Qısıq odda və qazanın qapağı bağlı olaraq, ətlər yumşalana qədər, ara- ara qarışdıraraq təxminən 20-25 dəq. bişirin. İsti halda süfrəyə verin.