Keyfiyyətə Nəzarət

Yağlılığa nəzarət zamanı dananın müəyyən hissəsindəki yağ qalınlığı ölçülərək bütöv dananın yağ faizi hesablanır və yağlılığı müəyyən edilmiş faizdən çox olan ətlər sifarişçiyə göndərilmir.

Rəngə nəzarət “AzProtein” Keyfiyyətə Zəmanət heyəti tərəfindən rəng şkalasına uyğun həyata keçirilir, müəyyən edilmiş rəng tonundan daha tünd olan ətlər sifarişçiyə göndərilmir.

Keyfiyyətə nəzarət müddətində dərəcələndirilərək keyfiyyətcə fərqləndirilmiş uyğun özəlliyə malik olan məhsullar sifariş üzrə göndərmək üçün 0+4°C-dəki soyuq hava anbarlarında saxlanılır və “AzProtein”in paylama məntəqəsindəki nəqliyyat vasitələri ilə soyuq zəncir qırılmadan müştərilərə çatdırılır. ArProtein-də illər ərzində davam edən “Qida Zəmanəti İdarəetmə Sistemi”nin həyata keçirilməsi sayəsində müştərilərimiz ürək rahatlığı ilə istehlakçılarına zəmanətli, gigiyenik, standartlara uyğun və keyfiyyətli ət çatdıra bilmənin fərqini yaşayırlar.

Modifikasiya Atmosferli Paketləmə (MAP) sistemi ilə qablaşdırılma prosesində qabın içindəki məhsulun təbii rəngi qorunur, saxlama müddəti uzanır və bu müddət ərzində ilk gündəki təzəliyini saxlayır.

MAP məhsullarının üstünlükləri:
• Sağlam və gigiyenikdir.
• Qabın içində məhsulun qida dəyəri qorunur.
• Praktikdir, daşınması və saxlanması rahatdır.
• Məhsul son halında istifadəyə hazır olduğu üçün daha
az əmək tələb edir və itki olmur.
• Məhsulun etiketində məhsulun xam maddə
məlumatlarından tutmuş bütün emal prosesini əks
etdirən məlumatlar əldə etmək mümkündür.

Vakuumlu məhsul sümüklü ət parçasının sümüklərdən ayrıldıqdan sonra vakuumlu qablarda qablaşdırılır. Qabın içindəki bütün hava məhsulun paketlənməsindən öncə çıxarıldığı üçün mikroorqanizmlərin yarana biləcəyi şəraitin meydana gəlməsinə yol verilmir və məhsulun saxlanma müddəti uzanır.

Vakuumlu məhsulların üstünlükləri:
• Sağlam və gigiyenikdir.
• Vakuumlu dana əti məhsullarının saxlanma müddəti uzundur, uzunmüddətli istifadəyə imkan
yaradır.
• Sümüklü məhsullara nisbətən daha az əmək tələb edir və az itki verir.
• Hazırlanan son məhsula görə lazım olan vakuumlu məhsul tədarük ediləcəyi üçün qənaətli və
asan istifadə oluna biləndir.
• Saxlanması və daşınması rahatdır.

Vakuum açıldıqdan sonra 30 dəqiqə ərzində ətin rəngi havadakı oksigen sayəsində öz təbii qırmızı rəngini alır.


Vakuumlu məhsullarının üstünlükləri
  • Sağlam və gigiyenikdir
  • Vakuumlu dana əti məhsullarının saxlanma müddəti uzundur, uzunmüddətli istifadəyə imkan verir
  • Sümülkü məhsullara nisbətən daha az əmək tələb edir və daha az itki verir
  • Hazırlanan son məhsula görə lazım olan vakuumlu məhsul tədarük ediləcəyi üçün qənaətli və asan istifadə oluna biləndir
  • Saxlanması və daşınması rahatdır