• Sosisli Tart  10 nəfərlik

    Sosisli Tart 10 nəfərlik

    Tərkibi:

    450 qr AzProtein Dana Sosis
    300 qr un 
    125 qr kərə yağı
    2 x. q. qatıq
    1 ç. q. duz
    1 ç. q.  qabartma tozu
    200 qr  holland pendiri (rəndələnmiş)
    1 dəstə şüyüd (incə doğranmış)
    1 ədəd yumurta 
    200 ml süd

    Hazırlanması:

    • Un və kərə yağını incə çörək qırıntıları görünüşü alana qədər blenderden  keçirin. Qatıq, duz və qabartma tozunu qatıb,  yumşaq bir xəmir olana qədər yoğurun. • Xəmirin 2/3 `ini  ayırın. Qalan xəmiri  biraz unlu və düz bir səthdə, 0.5 sm qalınlığında olana qədər açın.Yağlanmış 23 sm diametrində bir  qəlibə yerləşdirin. Barmaq uclarınızla yüngülcə basdıraraq döşəmə və kənarları da yerləşdirin. • sosisləri xəmirin içinə yerləşdirin. Pendir və şüyüdü qarışdırıb, sosislərin  üzərinə səpin. • Qalan xəmiri yüngül unlu 2-3 mm qalınlığında açın və 1 sm enində zolaqlar kəsib, sosisləin  üzərinə qəfəs - qəfəs olacaq şəkildə düzüb qıraqlarını bərkidin. • Yumurta və südü çırpıb, içliyin üzərinə gəzdirin. Əvvəldən isidilmiş 180 ° C sobada, üzəri qızarana qədər, təxminən 35-40 dəq. bişirin. • Sobadan çıxardıqdan 10-15 dəq. soyuyandan sonra  Süfrəyə verin.

MAP məhsullarının üstünlükləri
  • Sağlam və gigiyenikdir
  • Qabın içində məhsulun qida dəyəri qorunur
  • Praktikdir, daşınması və saxlanması rahatdır
  • Məhsul son vəziyyətdə istifadəyə hazır olduğu üçün daha az əmək tələb edir və itki olmur
  • Məhsulun etiketində məhsulun xam maddə məlumatlarından tutmuş bütün emal prosesini əks etdirən məlumatlar əldə etmək mümkündür