• Qiyməli Tart 6 Nəfərlik

    Qiyməli Tart 6 Nəfərlik

    Tərkibi:

    300 qr AzProtein Dana Qiymə 
    100 qr kərə yağı 
    2 ədəd soğan (incə doğranmış) 
    350 ml su 
    1 dəstə cəfəri (iri doğranmış) 
    350 qr qarğıdalı  unu 
    2 ədəd yumurta 
    400 ml ət suyu 
    Zövqə görə duz, qara istiot, qırmızı istiot 

    Hazırlanması:

     • Kərə yağından 75 qr ayırın. Qalan kərə yağını isidib, soğanları qatın. Orta atəşdə və qarışdıraraq, soğanlar yumşalana qədər, təxminən 3-4 dəq. qızardın. • qarışdırmağa davam edərək 3 xörək qaşığı su və qiyməni əlavə edin. Qaşığın tərsiylə qiyməni yüngülcə əzərək, qiyməni rəngi dəyişənə qədər, təxminən 4-5 dəq. qovurun. • qırmızı bibər, qara bibər, duz və cəfəri əlavə edib, qarışdırın və oddan alın. • qarğıdalı ununa, yumurta və duz əlavə edin. Qarışdıraraq və yavaş-yavaş qalan suyu əlavə edib, yedirin. • Düz bir siniyə  yağlı kağız qoyub, üzərinə qarğıdalı unlu xəmirin 2/3 `sini  qoyun və 25x30 sm  ölçüdə yayın. Üzərlərinə qiyməli  içliyi  tökün. • Qalan xəmirdən ovucunuza alın. Yüngülcə sıxaraq barmaqlarınızın arasından, qıyma üzərinə əlavə edin. Qalan kərə yağını kiçik parçalar halında qiyməli içliyin  üzərinə tökün. • Əvvəldən isidilmiş 180 º C sobada, qarğıdalı unlu çörək qızıl qızarana  qədər, təxminən 10 dəq.bişirin. Arzu etdiyiniz şəkildə kəsib, parçaları bir-birindən yüngülcə ayırın. Təkrar sobaya yerləşdirib, 10 dəq. daha bişirin. • Et suyunu qaynama nöqtəsinə qədər isidin. Sobadan çıxan yeməyin üzərinə gəzdirib, 3 dəq. sonra  süfrəyə verin.

Vakuumlu məhsullarının üstünlükləri
  • Sağlam və gigiyenikdir
  • Vakuumlu dana əti məhsullarının saxlanma müddəti uzundur, uzunmüddətli istifadəyə imkan verir
  • Sümülkü məhsullara nisbətən daha az əmək tələb edir və daha az itki verir
  • Hazırlanan son məhsula görə lazım olan vakuumlu məhsul tədarük ediləcəyi üçün qənaətli və asan istifadə oluna biləndir
  • Saxlanması və daşınması rahatdır