• Pomidor Tava

    Pomidor Tava

    4 nəfərlik 

    Tərkibi:

    400 qr AzProtein Quşbaşı doğranmış ət tikələri 
    6 ədəd pomidor (qabıqları soyulmuş, doğranmış)
    2 x. q.  kərə yağı
    2 ədəd soğan (iri doğranmış)
    2 ədəd yaşıl bibər (xırda doğranmış)
    1 ədəd badımcan (soyulmuş , doğranmış)
    1 x. q. qırmızı bibər tomatı
    3 x. q.  su
    1 ç. q.  qırmızı istiot
    Zövqə görə duz,  istiot  

    Hazırlanması: 

     • Kərə yağını isidib, ətləri əlavə edin.. Ətlər yüngül qızarana qədər, təxminən 3-5 dəq. • qarışdırmağa davam edərək soğanları əlavə edin. biraz duz səpin və 3-4 dəq. qızardın. Qısıq atəşdə qarışdırmağa ara vermədən yaşıl bibər və badımcanları əlavə edib, 3-4 dəq. bişirin. 

    • Bibər püresi suda yüngülcə qarışdıraraq həll edin. • Ətlə badımcana sulu tomat və pomidorları əlavə edin.Qırmizi istiot, duz və qara istiot  səpib, yüngülcə qarışdırın. Qısıq odda və qazanın qapağı bağlı olaraq, ətlər yumşalana qədər, ara- ara qarışdıraraq təxminən 20-25 dəq. bişirin. İsti halda süfrəyə verin.

MAP məhsullarının üstünlükləri
  • Sağlam və gigiyenikdir
  • Qabın içində məhsulun qida dəyəri qorunur
  • Praktikdir, daşınması və saxlanması rahatdır
  • Məhsul son vəziyyətdə istifadəyə hazır olduğu üçün daha az əmək tələb edir və itki olmur
  • Məhsulun etiketində məhsulun xam maddə məlumatlarından tutmuş bütün emal prosesini əks etdirən məlumatlar əldə etmək mümkündür