• Balqabaqlı doğranmış ət tikələri   (4 nəfərlik)

    Balqabaqlı doğranmış ət tikələri (4 nəfərlik)

    Tərkibi:
    1,5 kq AzProtein doğranmış ət tikələri 
    1 x.q. un 
    2 x.q. zeytun yağı
    2 ədəd  soğan 
    2 diş sarımsaq 
    2 x.q. pomidor püresi 
    900 ml ət suyu və ya tərəvəz suyu 
    1 x.q.   qırmızı bibər 
    900 qr balqabaq (iri  doğranmış) 
    6 ədəd  mini qarğıdalı (iri doğranmış)
    5-6 sap cəfəri (iri doğranmış) 
    Duz, qara istiot , qırmızı istiot

    Hazırlanması: 

    • Ətlərin üzərinə unu səpib.Hər tərəfi unlayın. • Zeytun yağını qızdırıb, ətləri əlavə edin. Yüksək  odda və qarışdıraraq, ətlər yüngül  qızarana qədər qovurun. • qarışdırmağa davam edərək, soğan və sarımsağı qatıb, 5 dəq. daha bişirin. • Pomidor püresini əlavə edin .Qarışdıraraq ət suyunu, ətlərin üzərinə gəzdirin. Yüksək odda qaynayana  qədər qızdırın. Odu azaldıb, qazanın qapağını bağlayın və ətlər yumşalana  qədər, təxminən 1 saat 30 dəq.bişirin. • ətlərə balqabağı əlavə edib, 30 dəq. daha bişirin. qarğıdalı,  duz və qara istiot  əlavə edin. 5-10 dəq. daha bişirib, oddan  alın. • Üzərinə cəfəri və qırmızı istiotu səpin. • 5-10 dəq. soyuyandan sonra , süfrəyə verin.

Harada yerləşirik?