• Açıq Dolma (6-8 nəfərlik)

    Açıq Dolma (6-8 nəfərlik)

    Tərkibi:

    150 qr AzProtein Qiymə
    2 dəstə çuğundur yarpağı 
    4 x. q  zeytun yağı 
    1 x. q kərə yağı 
    1 əd. soğan (incə doğranmış) 
    2 diş sarımsaq (incə doğranmış) 
    1 əd. Pomidor
    2 x. q  düyü
    Zövqə görə duz, istiot

    Hazırlanması: 

    Çuğundur yarpaqlarını qaynar suda , sap qisimləri biraz yumşalana qədər, təxminən 5-6 dəq. qaynadıb süzün.  Suyunu sıxaraq və incə- incə doğrayın. • Zeytun yağı və kərə yağını birlikdə qızdırıb, soğan və sarımsaqları qatın, qarışdıraraq, soğanlar yumşalana qədər, təxminən 5-6 dəq. qızardın . • qarışdırmağa davam edərək qiyməni  əlavə edin və 3-4 dəq. daha qovurun. • qarışdırmağa davam edərək çuğundur yarpaqlarını əlavə edin. Duz və istiot  səpib, 4-5 dəq. qovurun. • Pomidor və düyünü əlavə edib, üzərinə çıxana qədər su əlavə edin. Yüngülcə qarışdırın və yüksək odda qaynayana qədər isidin. Aşağı odda və qazanın qapağını yüngül  aralı buraxaraq  15-20 dəq. bişirin. 

Harada yerləşirik?